Slimfit
  1. İDMAN

Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
Sakura

Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

 

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün millimiz ilk medalı qazanıb.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən iki cüdoçumuzdan Kamran Süleymanov finalda çıxış edib.

O, cüdonun vətəni Yaponiyanı təmsil edən Keici Suciokaya uduzaraq gümüş medalla kifayətlənib. Bakıda Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş digər idmançımız Turan Bayramov isə bürünc medal görüşündə Kamran Süleymanovun yarımfinalda məğlub etdiyi qırğız idmançıya uduzaraq əliboş qalıb.

12:17

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bu gün ikinci günə start verilib.

Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizəyə qoşulub.

Kamran Süleymanov braziliyalı, ukraynalı cüdoçuları məğlub etdikdən sonra C səbətinin qalibi olmaq üçün Ermənistan təmsilçisi Styopa Darbinyanla qarşılaşıb. O, qızıl xal hesabında rəqibini ippon fəndi ilə yenib.

Artıq bu idmançımız 1/4 finalda meydan sahibi olan cüdoçunu da yenərək yarımfinala çıxıb. Kamranın finala çıxmaq üçün rəqibi qırğızıstanlı Çingizxan Saqınəliyev olacaq.

Bu çəkidə digər idmançımız Turan Bayramov italiyalı və monqolustanlı rəqiblərini yensə də, qazaxıstanlı cüdoçuya uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışda Gürcüstan doğumlu Kipr təmsilçisi Yorqos Balarcişvili ilə qarşılaşacaq.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR