Dərc edildi: Baxış sayı: 496
Cüdoçularımız Fransaya qarşı
Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, komandaların mübarizəsi 1/8 finaldan başlayacaq.
Azərbaycan yığması ilk qarşılaşmada Fransa ilə üz-üzə gələcək. Görüş bu gün Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
1/8 finalın digər cütləri belədi: Portuqaliya – İspaniya, Hollandiya – Rumıniya, Sloveniya – Ukrayna, Rusiya – Türkiyə, Polşa – Serbiya, Almaniya – Avstriya, Macarıstan – Belarus.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət