Slimfit
  1. İDMAN

Cüdoçularımız 3 medal qazandı: 1 gümüş, 2 bürünc

Cüdoçularımız 3 medal qazandı: 1 gümüş, 2 bürünc
Sakura

Cüdoçularımız 3 medal qazandı: 1 gümüş, 2 bürünc

Oktyabrın 29-da Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azərbaycan millisi turniri 1 gümüş və 2 bürünc medalla başa vurub.

Axar.az xəbər verir ki, reytinq xarakterli turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıevə, Rusiya təmsilçisi Ashad Kostoevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.

Millimizin üzvləri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) nüfuzlu turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə 64 ölkədən 400-dək cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR