Dərc edildi: Baxış sayı: 523
Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak ediblər
Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
"Report"un məlumatına görə, yığma üzvləri ötən gün kompleksin ərazisində yaşıllaşdırma aksiyasında iştirak edib.
Payızda əkilən 400-dən çox ağaca əlavə olaraq bu yaz daha 300 meyvə ağacı və 100 dekorativ ağac əkilib.
Göygöl Olimpiya Kompleksinin direktoru cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyevdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət