Dərc edildi: Baxış sayı: 480
Cüdoçular arasında “Raquf Orucov Kuboku” keçiriləcək
Aprelin 16-17-də 21 yaşadək cüdoçular arasında “Raquf Orucov Kuboku” keçiriləcək.
Femida.az -ın məlumatına görə, üçüncü dəfə təşkil olunacaq beynəlxalq yarışda 16 yerli və xarici komanda iştirak edəcək.
Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klubları yarışlarda iştirak edəcəklərini təsdiqləyiblər. Rusiya turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalarla qatılacaq.
Qeyd edək ki, birincilik Bakı İdman Sarayında olacaq.
Məlumat üçün qeyd edək ki, Raquf Orucov 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə şəhid olub. Polkovnik-leytenant rütbəsində şəhid olan zabit ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət