Slimfit
  1. İDMAN

Cüdo yığmamız Rusiyaya məğlub oldu

Cüdo yığmamız Rusiyaya məğlub oldu
Sakura

Cüdo yığmamız Rusiyaya məğlub oldu

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb.

Bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılan komandamız uğurun davamını gətirə bilməyib.

1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və bürünc medal uğrunda ilk cəhddə Cənubi Koreyadan güclü olublar - 4:2.

Amma mükafat uğrunda son görüşdə Rusiyaya yenilən (1:4) yığmamız mundialı medalsız başa vurub.

Qeyd edək ki, komandada yarışlarından fərqli, fərdi yarışlarda millimizin 2 üzvü fəxri kürsüyə yüksəlməyi bacarmışdı.

Belə ki, 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR