Dərc edildi: Baxış sayı: 445
Cüdo millimiz niyə zəif çıxış etdi?
Cüdo millimizin məşqçisi Elxan Məmmədov yığmanın İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pridə zəif çıxış etməsinə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, Məmmədov bunu aparıcı idmançılarımızın zədələnməsi ilə əlaqələndirib:
“Rüstəm Orucov, Hidayət Heydərov və Orxan Səfərov xəstələnmişdi deyə, istənilən səviyyədə çıxış edə bilmədilər. Elmar Qasımov isə ilk görüşdən sonra zədələndi. 81 kq-da Murad Fətiyev adlı idmançımız peyda olub. Artıq onun çıxışı bizi sevindirir. Onun zəif cəhəti texnikasıdır. Bunun üzərində işləyirik”.
Qeyd edək ki, bu ay keçirilmiş yarışda Məmmədəli Mehdiyev bürünc və İrina Kindzerskaya qızıl medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət