Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Cüdo ictimaiyyəti 18 şəhid verib: Aralarında Cəbrayıl Dövlətzadə də var

Cüdo ictimaiyyəti 18 şəhid verib: Aralarında Cəbrayıl Dövlətzadə də var
Sakura

Cüdo ictimaiyyəti 18 şəhid verib: Aralarında Cəbrayıl Dövlətzadə də var

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri – cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.

44 günlük Vətən Müharibəsində iştirak edən yüzdən çox cüdoçumuzdan 18-i şəhidlik zirvəsinə yüksəlib. Könüllü olaraq ordu sıralarına qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Cəsarətli oğullarımızdan biri qısa zaman kəsiyində adı dillər əzbərinə çevrilmiş Cəbrayıl Dövlətzadədir. Bu gün 19 yaşlı qəhrəmanın adını Azərbaycanda eşitməyən, tanımayan yoxdur. Sumqayıt cüdo məktəbinin yetirməsi olan Cəbrayıl o igidlərimizdəndir ki, onun haqqında hər kəs bilməli, danışmalı, anmalı və fəxr etməlidir! O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Döyüş yoldaşları bildirirlər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan övladlarının başsız qalmaması üçün geri qayıtmağı tələb edib. Qəhrəman əsgərimiz digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək önə atılıb. Özü 10-a yaxın erməni qulduru ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda – general Polad Həşimovun məzarının yanında dəfn olunub.

Azərbaycan cüdo məktəbinin daha bir şəhidi isə tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərlikləri altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birincilikləri, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub. Bundan əlavə, Vüsal texniki işçi kimi federasiyanın keçirdiyi tədbirlərdə Yarışların Təşkili və Keçirilməsi Komitəsinin işçisi kimi çalışıb.

Vüsal Dəmirov döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Qardaşı Nurlan Əsgərli 2016-cı il şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Aprel döyüşlərində İntiqam da iştirak edib. O, II Qarabağ savaşında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. İntiqam doğulduğu Masallı rayon Kalinovka kəndində böyük izdihamla dəfn edilib. Dörd il əvvəl qardaşını müharibədə itirdiyinə görə komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub. 

Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan cüdoçularının siyahısı:

1) Gizir Babayev Rəşad (1992-ci il) – Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

2) Əsgər Mədətov Zaur (1999-cu il) – Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

3) Əsgər Dəmirov Vüsal (1994-ci il) – Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb.

4) Əsgər Dövlətzadə Cəbrayıl (2001-ci il) – Cəbrayılda şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

5) Əsgər Hüseynov Röyan (2001-ci il) – Hadrutda şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

6) Gizir Əliyev Rüfət (1992-ci il) – Zəngilanda şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

7) Əsgər Seyfullayev Araz (2001-ci il) – Cəbrayılda şəhid olub.

8) Əsgər Hadıyev Vüsal (2000-ci il) – Füzulidə şəhid olub.

9) Əsgər Həsənov Sübhan (2001-ci il) – Hadrutda şəhid olub.

10) Gizir Əsgərli İntiqam (1994-cü il) – Şuşa uğrunda gedən döyüşdə şəhid olub. “Vətən müharibəsi qəhramanı” adına layiq görülüb.

11) Əsgər Məmmədov Elvin (1992-ci il) – Ağdərədə şəhid olub.

12) Əsgər İrapov İsmayıl (2002-ci il) – Füzulidə şəhid olub.

13) Əsgər Qədirov Elvin (2001-ci il) – Cəbrayılda şəhid olub.

14) Əsgər Məmmədov Fəqan (1998-ci il) – Füzulidə şəhid olub.

15) Əsgər Əhmədov Ehtiram (2001-ci il) – Füzulidə şəhid olub.

16) Əsgər Süleymanov Rəsul (2002-ci il) – Mübariz İbrahimov Postunda şəhid olub.

17) Əsgər Həsənov Novruz (1996-cı il) – Şuşa uğrunda döyüşdə həlak olub.

18) Əsgər İslamlı Ruhid (1999-cu il) – Füzulidə həlak olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR