Slimfit
  1. AZƏRBAYCAN

Çoxmənzilli binaların istismarı ilə bağlı məsələlərin sadələşdirilməsindən 400 minədək vətəndaş bəhrələnəcək

Çoxmənzilli binaların istismarı ilə bağlı məsələlərin sadələşdirilməsindən 400 minədək vətəndaş bəhrələnəcək
Sakura

Çoxmənzilli binaların istismarı ilə bağlı məsələlərin sadələşdirilməsindən 400 minədək vətəndaş bəhrələnəcək

Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü cəmiyyətdə çox maraqla qarşılandı. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı göstərilməsi məsələsində də Ulu Öndərin yolu ilə getdi. Biz şahidik ki, Ulu Öndər həmişə mədəniyyət və incəsənət xadimləri ilə görüşər, onların problemlərinin həllinə yardımçı olardı. Ötən həftə baş tutan görüşü də bu qəbildən saymaq olar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri, dosent Sahib Fərzəliyev deyib.

S.Fərzəliyev bildirib ki, görüş iştirakçılarının xahiş və təkliflərini səbrlə dinləyən ölkə başçısı onlarla fikir mübadiləsi apardı, Azərbaycanda mədəniyyət sahəsində görülən işlər, mövcud vəziyyət və problemləri müzakirə etdi, mühüm qərarlar verdi. Çıxışında tikinti və şəhərsalma mədəniyyətinə də diqqət yetirən Prezident İlham Əliyev şəhərsalma mədəniyyətinin yüksəldilməsi, paytaxt mərkəzinin hüdudlarının müəyyənləşdirilməsi, Bakının tarixi binalarının bərpası, görkəmli şəxsiyyətlərin şərəfinə abidələrin ucaldılması məsələsinə toxundu. Sevindirici haldır ki, qeyd olunan məsələlərlə bağlı Prezidentin mövqeyi müsbətdir, verilən təkliflərin tezliklə həyata keçiriləcəyi şübhəsizdir.

Kafedra müdiri diqqətə çatdırıb ki, ümumiyyətlə, son günlər Prezidentin tikinti sektoru, daha doğrusu, yeni tikilən binaların istismarı qaydalarının sadələşdirilməsi ilə bağlı Fərmanı cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq. Çoxmənzilli binaların istismarı ilə bağlı məsələlərin sadələşdirilməsindən təxminən 350-400 min vətəndaş bəhrələnəcək. Bu problem uzun illərdir ki, tikinti sənayesində davam edirdi, insanlar aldıqları evdə yaşasalar da, onun mülkiyyətçinə çevrilə bilmirdilər. Ancaq bu Fərmanin icrası nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elektron “Bir pəncərə” sistemi yaratdı. Bu da insanlara evdən birbaşa, heç bir məmur təması olmadan öz mənzilini istismara qəbuluna nail olmağa şərait yaradır. Bu Fərmanla Prezident bir daha hər bir vətəndaşın problemini düşündüyünü nümayiş etdirdi, həmçinin tikinti sektorunun davamlı inkişafına bir töhfə verdi. Bütün qeyd olunanlar islahatlar ili kimi tarixə düşəcək 2019-cu ildə həyata kecirilən social layihələrin tərkib hissəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR