Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Çox tərləyənlər üçün sadə məsləhətlər

Çox tərləyənlər üçün sadə məsləhətlər
Sakura

Çox tərləyənlər üçün sadə məsləhətlər

Tərləmə orqanizmin təbii fizoloji mexanizmidir. Tərləmənin köməyi ilə orqanizm öz normal hərarətini tənzimləyir.

Lakin bəzi insanlar həddindən artıq tərləyir və bu da onlarda psixoloji komplekslərin yaranmasına, özünə güvənmənin azalmasına səbəb olur.

Mütəxəssislər tərləməni azaltmaq üçün bu kimi sadə tövsiyələr verir.

1. Nəzərə almaq lazımdır ki, tərin heç bir iyi yoxdur. Dəriyə düşdükdə tər dəri piyi, burada yaşan mikroblar, toz və s. ilə qarışır və nəticədə spesifik iy əmələ gəlir. Beləliklə, adi gigiyena sizi tərin pis qoxusundan xilas edəcək. Hər səhər duş qəbul edin və sonra təmiz quru dəriyə antiperspirant çəkin. Bu sadə tövsiyə tərləməni xeyli azaldır.

Axşam yatmazdan əvvəl dəridən antiperspirantın qalıqlarını yumaq lazımdır.

2. Yağlı, istiotlu, çox isti, qızardılmış qidalar tərləməni artırır.

Soğan, sarımsaq, spirtli və qazlı içkilər (xüsusilə "pepsi" və "kola") həm tərləməni artırır, həm də tərin qoxusunu pis edir.

Bu səbəbdən gün ərzində belə qidalardan və içkilərdən imtina edin, yüngül qidalara, meyvə-tərəvəzlərə üstünlük verin.

3. İti çay və qəhvə tərləməni artırır. Əgər siz çox tərləyirsinizsə, bu içkilərdən imtina edin, adi təmiz su için.

4. Açıq rəngdə təbii parçalardan tikilmiş paltarlar geyinin. Sintetik parçalar tərləməni artırır.

5. Bəzi təbii vasitələr tərləmənin azalmasına kömək edir.

Sodanı su ilə qarışdırın və qoltuğaltı nahiyələrə çəkin. Soda quruyanda su ilə yaxşı yuyun və antiperspirantdan istifadə edin.

Palıd qabığı dəmləməsi də yaxşı kömək edir. 1 x.q. palıd qabığını 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, dəmləmədə pambıq parçanı isladın və sonra problemli nahiyələrə qoyub saxlayın.

Zəy çox yaxşı təbii antiperspirantdır. Hal hazırda zəy əsasında antiperspirantlar buraxılır. Belə vasitə tapmasanız, zəyi suda həll edin və pambıq parça isladıb problemli nahiyələrə qoyun.

Alma sirkəsi də yaxşı kömək edin.

Bəzi insanlara uşaq sabunu kömək edir.

6. Tərləmənin qarşısını kökündən almaq üçün botoks inyeksiyalarından istifadə olunur. İnyeksiya qoltuğaltı və s. çox tərləyən nahiyələrə vurulur və tərləməni 3-4 ay müddətinə yox edir.

 

Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR