Slimfit
  1. MARAQLI

Çox işləməyin fəsadları

Çox işləməyin fəsadları
Sakura

Çox işləməyin fəsadları

London Universitet kolleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur.

İslaminSesi bildirir ki, alimlər həftədə 35-40 və 55 saatdan çox 2 qrup insanların sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Alimlər araşdırmada iştirak edən insanlara 10 il ərzində nəzarət edirdilər. Araşdırma göstərib ki, çox işləyən insanlar səyrici aritmiyadan (ürəyin qaydasız döyülməsi) daha tez-tez əziyyət çəkirdi. Səyrici aritmiya isə insult və digər problemlərin ehtimalını artırır.

Alimlər qeyd edirlər ki, aritmiyanın 10 halından 9-u bu vaxta qədər ürək və damar problemləri olmayan insanlarda qeyd olunb. Bu o deməkdir ki, aritmiyanın səbəbi çox güman ki, məhz işlə bağlıdır. 

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR