Çindən olan alimlər deyiblər ki, ən populyar pəhrizlər ən təhlükəlisidir
Çindən olan alimlər deyiblər ki, ən populyar pəhrizlər ən təhlükəlisidir, məsələn, az karbohidratlılar. Elmi əməkdaşlar 20 il davam edən araşdırmadan sonra öyrəniblər ki, karbohidratlardan zülalların və yağların xeyrinə imtina bütün orqanın və immunitetin işini pozur.
Medpress.az xarici mediaya istinadla bildirir ki, bədənin kütləsi karbohidrat olmadan azalacaq, ancaq bunun əvəzində ürək-damar sisteminin fəaliyyətinin pozulmasını qazanmaq olar. Nəticədə bu titrəyici aritmaya, iflicə, yaxud ürəyin dayanmasına gətirib çıxaracaq.
Alimlərin fikrincə, ən təhlükəli pəhrizlər bunlardır: Atkins, Dyukan, Kreml, ketopəhriz və paleopəhrizdir.
Bundan əlavə, piy hüceyrələrinin parçalanması zəhərləyici və onkologiya yaratmağa qadirdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət