Dərc edildi: Baxış sayı: 634
COVID-19 testlərinin maya dəyəri 40 manatdır
“Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı vurğulayıb ki, ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir.
TƏBİB sədri əlavə edib ki, ölkədə testlərin maya dəyəri 40 manat civarındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət