Slimfit
  1. DÜNYA

COVID-19 peyvəndinin sınağı üçün “ideal” heyvanın adı açıqlandı

COVID-19 peyvəndinin sınağı üçün “ideal” heyvanın adı açıqlandı
Sakura
:0

COVID-19 peyvəndinin sınağı üçün “ideal” heyvanın adı açıqlandı

Pişiklər COVID-19-a ən həssas heyvanlardır, buna görə də koronavirus üçün potensial dərmanların və peyvəndlərin təsirini sınamaq üçün perspektivli canlı modeli ola bilərlər.

Bu barədə “İzvestiya” virusoloqlara istinadən xəbər verir.

“Pişiklərin koronavirusa qarşı yüksək həssaslığı onları preklinik sınaqlar üçün yaxşı model halına gətirir”, - Novosibirsk Dövlət Universitetinin biotexnologiya və virusologiya laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Netesov deyib.

Alim onları yeni patogen üçün mümkün ötürmə bağlantısı olan və insanda COVID-19 xəstəliyini təqlid edən heyvan modeli kimi öyrənməyə başlamağı təklif edir.

Tümen Dövlət Universitetinin Biologiya İnstitutunun əməkdaşı Nikolay Karpovun sözlərinə görə, pişiklər antikor istehsalı baxımından patogenə həssasdırlar.

“Virusa həssaslıq və insanlara yaxınlıq baxımından pişiklər vaksinləri sınaqdan keçirmək üçün potensial obyekt hesab edilə bilər”, - deyə ekspert bildirib.

Mütəxəssisin fikrincə, gələcəkdə aparılacaq tədqiqatlar digər heyvanların da koronavirus infeksiyasına həssas olduğunu göstərəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR