Dərc edildi: Baxış sayı: 559
COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb
Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: “Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət