Slimfit
  1. DÜNYA

COVID-19-a qarşı Çin vaksininin sınaqlarının üçüncü mərhələsi baş tutacaq

COVID-19-a qarşı Çin vaksininin sınaqlarının üçüncü mərhələsi baş tutacaq
Sakura

COVID-19-a qarşı Çin vaksininin sınaqlarının üçüncü mərhələsi baş tutacaq

Rusiya Səhiyyə Nazirliyi yeni koronavirusa qarşı "CanSino Biologics Inc" şirkəti tərəfindən hazırlanmış vaksinin tədqiqinin üçüncü mərhələsinin Rusiyada "Petrovaks" biofarmasevtika şirkəti tərəfindən həyata keçirilməsinə razılıq verib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat RF Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Dövlət Reyestrinin saytında dərc edilib.

Reyestrin saytında deyilir: "Klinik tədqiqatın məqsədi yeni koronavirus infeksiyasına qarşı rekombinant vaksinin yaşlı könüllülər arasında effektivliyini, reaksiyaya davamlılığını və təhlükəsizliyini sınaqdan keçirib qiymətləndirməkdir. Klinik sınaqların üçüncü mərhələsi başlanacaq".

Tədqiqatları Rusiyanın Yaroslavl, Sankt-Peterburq, Moskva və Yekaterinburq şəhərlərindəki səkkiz tibbi təşkilatda keçirilməsi planlaşdırılır. "Petrovaks"ın mətbuat xidmətindən TASS agentliyinə verilmiş məlumata görə, "CanSino Biologics Inc" şirkəti 2020-ci ilin mart ayında dünyada birinci olaraq koronavirusa qarşı vaksinin insanlar üzərində sınaqlarına başlayıb. Vaksinin klinik sınaqlarının iki mərhələsi uğurlu olub. Çində keçirilmiş birinci mərhələdə 108 könüllü iştirak edib. Sınaqların ikinci mərhələsi Çinin Hubey əyalətindəki Uhan şəhərində 508 nəfərin iştirakı ilə keçirilib.

Məlumatda deyilir: "Vaksinin immunogenliyi və təhlükəsizliyi baxımından tədqiqatların ikinci mərhələsinin nəticələri iyulun 20-də resenziyalaşdırılan "The Lanset" tibb jurnalında dərc edilib. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Qeyd etmək lazımdır ki, klinik tədqiqatlar üçün vaksinləşdirmənin bir dəfə aparılması üsulu seçilib".

Şirkətdə onu da bildiriblər ki, bu vaksin Rusiyada qeydiyyata alınandan sonra "Petrovaks" bu preparatı Moskva vilayətindəki bölmələrində istehsal etməyə hazır olacaq. Vaksinin Rusiya bazarına, habelə MDB üzvü olan digər ölkələrə göndərilməsi planlaşdırılır. "Petrovaks" Farm şirkətinin prezidenti Mixail Sferov deyib: "COVID-19-a qarşı mübarizə 2020-ci ildə "Petrovaks"ın prioritet məqsədidir. Biz vaksinlərin yaradılması və istehsalı sahəsində şirkətimizin topladığı çoxillik təcrübəni bütün cəmiyyətin rifahı üçün tətbiq etməyə çalışırıq. Şirkətimiz koronavirus infeksiyasına qarşı vaksin hazırlanmasında dünya liderlərindən biri olan "CanSinoBİO" ilə əməkdaşlıqdan məmnundur. Kilinik tədqiqatların üçüncü mərhələsinə başlamazdan əvvəl komandalarımız aylar boyu gərgin iş aparıb. Bu, beynəlxalq tərəfdaşlığın gözəl nümunəsdir. Belə tərəfdaşlıq genişlənir və yeni-yeni ölkələri əhatə edir".

Xatırladaq ki, avqustun 11-də Rusiya dünyada birinci olaraq koronavirus əleyhinə vaksini qeydiyyata alıb. "Sputnik V" adlanan bu preparat RF Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzində yaradılıb, iyun və iyul aylarında kilinik sınaqlardan keçirilib. Preparat bir sıra başqa vaksinlərin yaradıldığı məlum platformaya əsaslanır. Avqustun 15-də RF Səhiyyə Nazirliyində bu preparatın istehsalına başlanması və birinci partiyanın buraxılması barədə məlumat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR