Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?

COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
Sakura

COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?

COVID-19-a qarşı 100 faiz təsirli peyvəndin yaradılması qeyri-mümkündür.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki,“RİA Novosti”nin məlumatına görə, bu barədə “CoronaVac” peyvəndini hazırlayan Çinin “SinoVac” şirkətinin rəhbəri İ Veydun etiraf edib.

Onun sözlərinə görə, COVID-19 əleyhinə inaktiv peyvənd tədqiq edilən bütün növ vaksinlərdən ən təsirlisidir. Bununla belə, heç bir preparat infeksiyaya qarşı tam qorunma təmin edə bilməz.

Veydun kütləvi vaksinasiya üçün istifadə edilən bütün dərmanların 100 faiz təsirli olmadığını vurğulayıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına görə, qoruma faktoru ən azı 50 faiz olduğu təqdirdə preparat istifadəyə yararlı sayılır.

O, sınaqların başa çatmasından sonra bu rəqəmin daha yüksək olacağına əminliyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR