Dərc edildi: Baxış sayı: 950
Çorlu Məhəmməd - Gəlin
Özün dərd əhlisən, kişin də əhli,
Sənə bulunmazmı yol-ərkan , gəlin.
Məhbəsdə saxlanan dustaq kimisən,
Danışıb gülməyə yox imkan, gəlin.
Gözünün yaşları qurumaz, axar,
Qoca eşin deyil, yandırar-yaxar,
Tanrı dərd-sərinə yuxardan baxar,
Sənə gor görünər bu məkan, gəlin.
Yoxuydu vaxtında dərdindən ölən?
Niyə eş olmadın sən bir mərdilən,
Çorlu Məhəmmədəm, betərdi çilən,
Sitəmin əlindən bağrın qan, gəlin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət