Slimfit
  1. BİOQRAFİYA

Çorlu Məhəmməd

Çorlu Məhəmməd
Sakura

Çorlu Məhəmməd - Azərbaycanlı şair

Çorlu Məhəmməd (1828-1933) — Azərbaycanın el sənətkarı, şair.

Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır.

Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabadkəndində vəfat etmiş, Sultanabadın əski qəbristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə “Ərş-əlaya bir yolum var” adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, on iki qoşması, bir deyişməsi, dörd divanisi və bir neçə aşıq rəvayəti toplanmışdır.

Aslan Bayramov yazır: “Aşıq Şenlik məktəbindən ilham alan sənətkar İrəvandan üzü bəri olan ellərimizdə, Qarsda, Ağbabada, Borçalıda, Sörəyeldə, Axsqa və Axılkələyin Kürboyu kəndlərində ağır toylar keçirmişdir. Qocalarm dediyinə görə xəstəhal olduğu üçün özünə “Çorlu” təxəllüsünü götürmüşdür. Bəlkə elə buna görə də həmişə ağ kürk geyməyi söylənilir. Məsələyə aydınlıq gətirmək üçün deyək ki, Çorlu Məhəmməd olduqca sağlam, boylu-buxunlu kişi olmuşdur. O, uşaq vaxtlarında xəstələndiyindən, özünə fikir verməməsindən acıqlanan anası ona “çorlu” deyəndə Məhəmməd anasından bu sözün nə demək olduğunu soruşub (“Çorlu” “xəstə”, “xəstəhal” anlamındadır) öyrənəndən sonra sonralar “Çorlu”nu özünə təxəllüs götürmüşdür. Çorlu Məhəmmədə bulaq başında yatdığı vaxt buta verilmişdir. Haqq aşığı olduğuna görə el-oba arasında böyük hörməti vardı.

 

Qoşmalar:

Allah 

Gəlin 

Qalıbdı

Olub 

Tapılmadı

 

Gəraylılar:

Mən
Mənim
Tutuldu

 

Dastanlar:

Çorlu Məhəmmədin Suxara səfəri

 

Əsərləri:

Çorlu Məhəmməd. "Ərş-əlaya bir yolum var" (Bakı, 2003)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR