Slimfit
  1. MƏTBƏX

Çörək

Çörək
Sakura

Çörək

Ən azı un və sudan ibarət hazırlanmış xəmirin bişirilməsi, buxara verilməsi və qızardılması ilə hazırlanır. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər.

Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrodadlanır. Çörəkdən sendviç üçün də istifadə edilir.

Çörək qapalı və hava keçən çörək qabında olduqda o uzun müddət saxlana bilir.

Biz çörəyi müqəddəs sayıb Onu süfrəyə qoyuruq.Biz həmişə halal çörək yeməliyik.

 

Tarixi

Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır.

Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur. Azərbaycanda da aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda növləri eramızdan əvvəl 6-7 minilliyə aid edilir. Bu müqəddəs nemətə ehtiram həm folklorda, həm də ədəbiyyat da öz əksini daim tapıb.

Azərbaycanda müxtəlif çörək növləri bişirilir: təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – xörəkli çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi və s.

Dünyanın ən bahalı çörəyi İspaniyanın Alqotosin kəndində Pan Pina çörəkxanasında 150 dollara satılan qızıl kəpəkli çörəkdir.

 

Çörək növləri

Çörək dünyada ən geniş yayılmış qida sayılır.Müxtəlif ölkələrdə yerli xalqlar özlərinin aşağıdakı milli çörək növlərini bişirillər :

  • Bazlama (Türkiyə)
  • Bresel (Almaniya)
  • Brioş (Normandiya, Fransa)
  • Çapati (Hindistan)
  • Lavaş (Qafqaz)
  • Маssa (İsrail)
  • Pide (Türkiyə)
  • Pita (Yaxın Şərq)
  • Pissа (İtaliya)
  • Tortilya (Мекsiка)
  • Folar (Portuqaliya)
  • Fransız bageti (Fransa)
  • Qara çörək (Rusiya)
  • Sac ekmeği (Türkiyə)
  • Təndir-nan (Orta Asiya)
  • Vestfal çörəyi (Almaniya)
  • Yuха (Azərbaycan)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR