Slimfit
  1. AZƏRBAYCAN

Corc Kent: "ABŞ Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir"

Corc Kent: "ABŞ Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir"
Sakura

Corc Kent: "ABŞ Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir"

Xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, C.Kent Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından məmnunluq ifadə edilib və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi layihələrindən bəhs etdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu bildirib. 

XİN başçısı, həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığına toxunaraq rəsmi Bakının Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu bildirib.

Corc Kent qeyd edib ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, rəsmi Bakının terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksəkqiymətləndirdiyini xüsusilə qeyd edib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə danışaraq vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR