Dərc edildi: Baxış sayı: 1060
COP29 bəzi ixtisaslarda bal artımına səbəb ola bilər - RƏSMİ
"COP29 bəzi ixtisaslarda bal artımına səbəb ola bilər".
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
"Müsabiqə ballarının dəyişməsi bir növ həmin il tələbələrin maraqlarının artdığı, cari ildə dəbə düşən ixtisaslardan da asılıdır. Bu səbəbdən bu il ekologiya sahəsinə aid olan ixtisaslara daha çox maraq yarana bilər. Ölkəmizdə keçiriləcək olan COP29 və ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gedən işlər bunu deməyə əsas verir", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət