Dərc edildi: Baxış sayı: 454
Consondan İrana ittiham: ABŞ və Avropa ilə birlikdə...
İngiltərə Baş naziri Boris Conson Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkəti istiqamətində hücumların səbəbkarının İran olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, Conson bölgədəki gərginliyi azaltmaq üçün Britaniyanın amerikalı və avropalı dostları ilə birlikdə çalışacaqlarını qeyd edib.
“ABŞ-ın Səudiyyə Ərəbistanını müdafiə etmək üçün daha çox səy göstərmək təklifini yaxından izləyəcəyik. Bu prosesdə Səudiyyə və ABŞ açıq şəkildə rol oynamağımızı istəsələr, o zaman hansı şəkildə faydalı olacağımızı düşünəcəyik”, - Conson bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət