Slimfit
  1. MƏŞHURLAR

Con Rokfellerin vərdiş və qəribəlikləri

Con Rokfellerin vərdiş və qəribəlikləri
Sakura

Con Rokfellerin vərdiş və qəribəlikləri

8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.

Con Devison Rokfelle 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində dünyaya gəlib. Conun atası özünü “Botanik həkim” adlandırırdı. Belə ki, o naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər satırdı və bura “ölümsüzlük” içkiləri də daxil idi. Onu fırıldaqçı adlandırırdılar. Lakin o öz oğluna pullarla necə davranmalı olduğunu öyrətmişdi. 

Con 7 yaşında satmaq üçün hinq quşu saxlayır və pul qarşılığında qonşular üçün kartof qazıb çıxarırdı. O qazandığı bütün pulları pul qabısında saxlayır, qeyd dəftərçəsində hesabat aparırdı. Gələcəyin milyarderi 13 yaşında tanış fermerə illik 7,5%-lə 50 dollar borc verir. Ailə başçısının biznesi sabit gəlir gətirməməyə başladıqda, anaları ailənin 6 övladına qənaət etməyi öyrədir. Con Rokfeller bu ifadəni təkrarlamağı sevirdi: “Mən bu prinsiplə böyümüşəm: işlə və qənaət et!”.

Rokfeller kolleci sona qədər bitirmir: o belə hesab edir ki, 3 aylıq mühasibatlıq kursu ona bəs edir. 16 yaşından başlayaraq kiçik bir şirkətdə mühasib assistenti olaraq işləməyə başlayır və bu onun ilk və son maaşlı işi olur. Bundan sonra o öz tanışları ilə birgə şəxsi biznesi ilə məşğul olur. Onlar taxıl, ət, ot və digər məhsullar satmaqla məşğul olan “Klark və Roçester” ticarət evinin əsasını qoyurlar.

Tezliklə Rokfeller ondan kerosin istehsal etmək üçün neft axtarışlarına başlayır. Beləliklə sahibini zənginləşdirən “Standard Oil” şirkətinin əsası qoyulur. Rokfellerin partnyoru Moris Klark deyirdi: “Con dünyada yalnızca iki şeyə inanırdı – kilsədə inama təlimə və neftə”. Varlanan Con digər neft şirkətlərini almağa başlayır. 1880-ci ildə Rokfeller Amerikada neft emalının 95%-nə nəzarət edirdi. Onun monopoliyasını “dahi, müdrik və bu günə qədər mövcud olan ən ədalətsiz” adlandırırdılar.

Con Rokfeller hələ təhsil alarkən tanış olduğu dindar bir qızla evlənir. Toy kifayət qədər sadə təşkil edilir, gənclər ucuz ailə mənzilində yerləşir və xidmətçilərdən imtina edirlər. Bu zaman Con artıq neft emal edən zavodun sahibi idi. Rokfeller öz övladlarını özünün tərbiyə edildiyi kimi tərbiyələndirirdi. O onlara qənaət etməyi öyrədir və pul qazanmağa icazə verirdi. Uşaqlar nahara gecikdikdə cərimə edilirdilər.

Rokfeller qidaya böyük əhəmiyyət verirdi, spirtli içki içmir, siqaret çəkmir, geyimə biganə yanaşır, nadir hallarda kostyumlarını dəyişir, teatr və klublara getmirdi. Onun sevimli yeməyi süd və çörək idi. Rokfellerin həyat yoldaşı isə yamaqlı paltarlarda gəzir və Rokfeller kimi qənaətcil idi. Rokfeller ona uşaqların hər birinə velosiped almağı təklif etdikdə o 4 uşağa 1 velosipedin bəs etdiyini və beləliklə onların paylaşmağı öyrənəcəklərini demişdi.

Con Rokfeller 100 milyon dollar qazanmağı və 100 yaşına qədər yaşamağı arzu edirdi. Onun ilk arzusu tez bir zamanda reallaşır. Belə ki, “Standard Oil” şirkəti hər il 3 milyon dollar qazandırırdı. Bundan əlavə, Rokfeller 16 dəmir yolu, 6 polad, 9 daşınmaz əmlakla məşğul olan şirkətə, həmçinin 9 paraxod şirkətinə, 9 banka və 3 apelsin ağacı sahəsinə sahib idi. Bu gün ki dollar məzənnəsi ilə hesabladıqda onun sərvəti 310 milyon dollar edir.

Rokfeller hər bir şeydə qənaət etmək vərdişinə sahib olmasına baxmayaraq, xeyriyyə məqsədilə külli miqdarda pul xərcləyirdi. Bu məqsədlə o tibbi araşdırmalara yatırım edir, universitet və muzeylərə sponsorluq edir, kilsələrə və icmalara ianə verirdi. Onun ikinci arzusu isə qismən olaraq reallaşır. O 97 yaşına qədər yaşayır.

 

 

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR