Dərc edildi: Baxış sayı: 506
Con Bolton Ukraynaya səfər edəcək
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın gələcəkdə Ukraynaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə diplomat özünün “Twitter” səhifəsində yazıb.
“Kiyevdəki tərəfdaşlarımızla qarşıdakı görüşləri səbirsizliklə gözləyirəm. Prezident Zelenskinin islahat səylərini, Ukraynanın möhkəmlənməsi və çiçəklənməsi yolunu dəstəkləyirik”.
Bundan əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker bəyan etmişdi ki, Ukraynada söz azadlığı üçün heç bir təhlükə yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət