Slimfit
  1. AZƏRBAYCAN

Con Bolton: “Səfərimin əsas məqsədlərindən biri də Qarabağdır”

Con Bolton: “Səfərimin əsas məqsədlərindən biri də Qarabağdır”
Sakura

"Azərbaycanla münasibətlər ABŞ üçün yüksək prioritet təşkil edir"

"Azərbaycanla münasibətlər ABŞ üçün yüksək prioritet təşkil edir"
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Con Bolton Azərbaycana ilk səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib və ölkəmizə bundan sonra da səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını diqqətə çatdırıb. Azərbaycanın dünyanın çox strateji hissəsində yerləşdiyini qeyd edən Bolton ölkəmizə səfəri zamanı əlaqələrimizin hazırkı vəziyyəti, beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlərlə bağlı məsələləri müzakirə etmək niyyətində olduqlarını deyib.

Bundan əlavə, iqtisadi əməkdaşlığa toxunan müşavir qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq ABŞ hökuməti Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir. 

Görüşdə Con Bolton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ABŞ tərəfi bu məsələnin Azərbaycan tərəfi üçün ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır. Trampın müşaviri diqqətə çatdırıb ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdan ibarətdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR