Dərc edildi: Baxış sayı: 633
Çoban Əfqan - Kənarında
Bugün bir gözəlin seyrinə vardım,
Əlində şanəsi tel kənarında.
Qıvrım-qıvrım, dəstə-dəstə, çinbəçin
Əfsanə telləri bel kənarında.
Qapına gəlmişəm sayılam-sayıl,
Haqq verən paylara mən oldum qayıl.
Sağına, soluna heykəl hamayıl,
Qızıl bilərziyi qol kənarında.
Qapına gəlmişəm dərdsiz-mazaram,
Davasız dərdinə dərman yazaram.
Mən ovçuyam öz yarımı gəzərəm,
Onunçun durmuşam yol kənarında.
Yar bağından mən gül-çiçək dərmədim,
Dərib onu pünhan yerə sərmədim.
Əfqan deyər dünya gəzdim, görmədim,
Səni kimi sona göl kənarında.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət