Dərc edildi: Baxış sayı: 3701
Çoban Əfqan - Danışaq
Ağasının yolun gözləyən qardaş,
İtlər yemək üçün yaldan danışaq.
Götür çörək bişir itin unundan,
Sonra getdiyimiz yoldan danışaq.
Onun nə vecinə biz qalmışıq ac,
Nökər ağasına olacaq möhtac.
Tavamız paxırdır, deşilibdi sac,
Ağamızda olan puldan danışaq.
Bacarmırıq kəsib yeyək bir qoyun,
Ağa başımıza gətirər oyun.
Çoban Əfqan nə vaxt olacaq toyun,
Səntək ölüm gəzən quldan danışaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət