Dərc edildi: Baxış sayı: 3611
Çoban Əfqan - Dağların
Əmimoğlu, bu naməni unutma,
Yaman artıb kef-damağı dağların.
Gün altında parıldayır çiçəklər,
Lalələrdir şöy çırağı dağların.
Ağamla etmişdim, Dilcana səfər,
Mən piyada, ağam minmişdi kəhər.
O qədər axmışdı üz-gözümdən tər,
Nəm olmuşdu yol qırağı dağların.
Mən dala qalanda acıqlanırdı,
Nə tərimi görüb bir utanırdı,
Nə də bu Əfqanı insan sanırdı,
Dağılsın qoy belə çağı, dağların.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət