Dərc edildi: Baxış sayı: 3501
Çoban Əfqan - Bağlama
Əvvəl salam olsun, Şikəstə qardaş!
Oxu, bu kağızın qarası nədir?
Təbibimsən dəva elə dərdimə,
Aç gör ürəyimin yarası nədir?
Gecələr sübhədək asıllam dardan,
Könül əl götürməz bu ahu-zardan.
Ölləm, ayrılmaram vəfalı yardan,
Axtar gör işlərin çarası nədir?
Bir tuti dillidir, qaməti düzgün,
Yanağı lalədir, baxışı süzgün.
Fikirləş, çarə qıl bu işə gizlin,
Əfqanın dərdinin davası nədir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət