Slimfit
  1. DÜNYA

CNN: "Mask nə üçün Ukraynanın "Starlink"ə çıxışını kəsib?"

CNN: "Mask nə üçün Ukraynanın "Starlink"ə çıxışını kəsib?"
Sakura

CNN: "Mask nə üçün Ukraynanın "Starlink"ə çıxışını kəsib?"

İlon Mask nüvə müharibəsinin başlanmasından qorxduğu üçün Ukraynanın Starlink peyk rabitə xidmətinə çıxışını kəsib.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, CNN bu barədə yazıçı və jurnalist Valter İsaaksonun yazdığı "Maskın tərcümeyi-halı"na istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Mask 2022-ci ildə Ukraynanın Rusiya Hərbi Dəniz Qüvvələrinə gizli hücumunun qarşısını almaq üçün mühəndislərinə gizli şəkildə Krım sahilləri yaxınlığında "Starlink" peyk rabitəsini dayandırmağı əmr edib. İsaaksonun sözlərinə görə, Mask Rusiyanın Ukraynanın Krıma hücumuna nüvə silahından istifadə etməklə cavab verəcəyindən qorxub.

"Mask münaqişənin əvvəlində Kiyevi "Starlink" peyk terminalları ilə təmin etməyə razılaşıb. Bununla belə, Ukrayna ordusu Rusiyaya hücum etmək üçün "Starlink" terminallarından istifadə etməyə başlayan kimi sahibkar bu qərardan şübhələnməyə başlayıb", - deyə İsaakson qeyd edir.

"Maks hesab edir ki, "Starlink" müharibələrdə döyüşmək, eləcə də pilotsuz təyyarələrlə zərbələr endirməməsi üçün nəzərdə tutulmayıb. Bu, insanların "Netflix"ə baxması, dincəlməsi, məktəbdə internetə qoşulması, xeyirxah və dinc işlərlə məşğul olması üçün edilib”, - deyə CNN "Maskın tərcümeyi-halı"ndan sitat gətirir.

Telekanalın qeyd etdiyi kimi, İsaaksonun kitabı sentyabrın 12-də "Simon & Schuster" tərəfindən nəşr olunacaq.

"New York Times" daha əvvəl yazmışdı ki, Mask Ukrayna hərbçilərinin Krım bölgəsində onun "Starlink" peyk rabitə şəbəkəsini işə salmaq tələbini rədd edib. Nəşr xatırladıb ki, sahibkar 2022-ci ildə “Rusiyanın maraqlarına cavab verən kimi görünən” sülh planını açıqlayıb. İlk addım kimi o, daha sonra Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə BMT nəzarəti altında referendumların keçirilməsini təklif etdi. Bu səbəbdən də, mətbuatda onun Ukrauna prezidenti ilə münasibətinin pozulması barədə məlumatlar verilmişdi.

Mask daha əvvəl qeyd edib ki, "Starlink" şəbəkəsi Ukraynada kommunikasiyaları təmin etmək üçün zəruridir, lakin o, üçüncü dünya müharibəsinə gətirib çıxara biləcək gərginlik üçün istifadə edilməməlidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR