CNN: Mart-aprel aylarında Ukraynaya 60 milyard dollar ayrıla bilər
ABŞ-nin Ukraynaya yardımı ehtivan edən yeni qanun layihəsi martın sonunda və ya apreldə hazırlana bilər.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə CNN yazıb.
Agentliyin məlumatına görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson bu məsələ ilə bağlı yeni ikipartiyalı qanun layihəsi hazırlayan bir qrup respublikaçı ilə görüşüb. Kiyevə (eləcə də ABŞ-nin digər tərəfdaşlarına) yardımın və Meksika ilə sərhədin möhkəmləndirilməsi tələblərinin daxil edilməsi planlaşdırılır.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol sənədin yekunlaşdırılmasında “aparıcı rol” oynayacaq.
Ancaq nəşr qeyd edib ki, “Conson hələ planla bağlı mövqe tutmayıb və ya ona səs verməyi öhdəsinə götürməyib”.
İclasda o, respublikaçı həmkarlarına öncə ABŞ büdcəsini qəbul etməli olduqlarını bildirib. Bu proses martın ortalarına qədər yekunlaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət