Dərc edildi: Baxış sayı: 360
ÇL-də 2-ci turun ən yaxşı futbolçusu müəyyənləşib
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. SİA UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, argentinalı futbolçu, “Yuventus” klubunun hücumçusu Paolo Dibala, “Roma”nın hücumçusu Edin Dzeko və PSJ komandasının əsas qol silahı sayılan Neymarı qabaqlayıb.
“Barselona”nın İngiltərənin “Tottenhem” klubuna 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Messi iki qol və bir məhsuldar ötürmə verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət