Çiy fındığın bilmədiyimiz 10 faydası
“Ölkə.Az” xəbər verir ki, fındığın tərkibində protein, karbonhidart, antioksidant, B riboflavin, tiamin, niasin, piridoksin və pantotenik turşu vitaminləri, kalsium, sink, poatisum, dəmir və maqnezium var. Çiy fındıq isə orqanizmə çox faydalıdır.
İmmunitet sistemini gücləndirir
Fındıq yağının tərkibində E vitamin çoxdur. E vitamin qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq qan azlığı riskini azaldır. Qan dövranını yaxşılaşdırır, hərarət, soyuqdəymə və digər xəstəliklərin riskini azaldır.
Sinir sisteminə faydalıdır
Tərkibində bir çox faydalı maddələr olan fındıq B6 vitamini ilə zəngindir. B6 vitamini elektrik siqnalları sürətini və faydasını artıran və sinir sisteminin düzgün işləyişini təmin edən bir vitamindir. Bundan başqa sinir sisteminin sağlam fəaliyyəti üçün lazım olan serotonin, melatonin və epinefrin kimi hormonlar da B6 vitamini sayəsində meydana çıxır.
Beyinə faydalıdır
Fındığın tərkibində olan bəzi maddələr flavonoidlər qrupuna aiddir. Bu maddə isə beyin sağlamlığı üçün önəmlidir.
Tox saxlayır
Fındığın tərkibində olan protein, lif və yüksək miqdarda yağ toxluq hissini artırır. Bu isə həddən artıq yemək qəbulunun qarşısını alır. Amma həddən artıq fındıq yemək əks təsir edərək kökəlməyə səbəb olur. Çünki fındığın enerjisi çoxdur. 25 qram fındığın 150 kalorisi var.
Diabet riskini azaldır
2015-ci ildə “American Journal of Clinical Nutrition” jurnalının məqaləsinə əsasən, diabet xəstələri müntəzəm olaraq fındıq qəbul etməlidirlər.
Xolesterolu azaldır
Fındığın tərkibində ürək üçün faydalı olan yağlar var. Oleik turşusu xolesterolu azaldır, orqanizmdə müsbət xolesterolun miqdarını artırır. Müntəzəm fındıq yemək xolesterolu 27% azaldır.
Xərçəngə qarşı qoruyur
Fındıq xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları məhv edir. Eyni zamanda orqanizmdəki mənfi hüceyrələri də yox etməyə kömək edir. Fındığın tərkibindəki beta-sitosterol döş və xərçəng riskini azaldır.
Qəbz problemini həll edir
Fındıq bağırsaq üçün çox faydalıdır. Fındıq bağırsaq hərəkətlərini aktivləşdirir, həzm sisteminin işini asanlaşdırır.
Əzələləri gücləndirir
Maqnezium orqanizmə daxil olan və çıxan kalsium miqdarını stabilləşdirmək üçün çox önəmlidir. Kalsium əzələlərə faydalıdır. Eyni zamanda əzələləri gücləndirir.
Erkən yaşlanmanın qarşısını alır
Fındığın tərkibindəki antioksidantlar dəriyə ziyan vuran sərbəst radikalların qarşısını alır, dərini daha sağlam edir. Bundan başqa orqanizmi dəri xərçəngindən də qoruyur. E vitamini isə ölü hüceyrələri ortadan qaldırır.
Hikmət Həsənov
Mənbə: Ölkə.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət