Slimfit
  1. DÜNYA

Çinlilər yenidən yarasa, it-pişik, əqrəb və s. yeməyə başladı - İyrənc bazarlar işini bərpa etdi

Çinlilər yenidən yarasa, it-pişik, əqrəb və s. yeməyə başladı - İyrənc bazarlar işini bərpa etdi
Sakura

Çinlilər yenidən yarasa, it-pişik, əqrəb və s. yeməyə başladı - İyrənc bazarlar işini bərpa etdi

“The Mail on Sunday” qəzeti yazır ki, Pekin koronovirus üzərində qələbə çaldığını açıqladığı bir vaxtda Çin bazarlarında hələ də yarasa satır, dovşan kəsirlər.Bu bazarlarda it, pişik, digər ev heyvanları, eləcə də vəhşi heyvanları asanlıqla almaq olar.

“Hürkmüş itlər, pişiklər paslı qəfəslərə doldurulub. Yarasalar, əqrəblər tibbi təbabətdə istifadə adıyla satılır. Dovşan və ördəklərin başları kəsilir, dəriləri qan, palçıq, heyvan qalıqları ilə örtülüdaş döşəmələrə sərilir”, – məqalədə deyilir.

 

Minlərlə alıcı Çinin cənub-qərbində yerləşən Guilin qapalı bazarına axışır. Ölkənin cənubunda yerləşən Donqquanda isə ət bazarında bir satıcı yarasa, əqrəb və digər heyvanların ticarətini bərpa edib. Vuhanda epidemiyanın yayılmasına məhz yarasanın səbəb olduğu bildirilir.

Çin artıq ölkə boyunca karantini qaldırıb, adamlar normal həyata qayıdırlar. Çindəki müxbirlərdən biri “The Mail on Sunday” qəzeti üçün fotolar çəkib. Onun sözlərinə görə, “burada hər kəs epidemiyanın bitdiyinə, artıq narahatlığa əsas olmadığına inanır. İndi bunu xarici problem hesab edirlər”.

Donqquana baş çəkmiş müxbir bazarların koronovirusdan əvvəl olduğu kimi işini bərpa etdiyini söyləyib. “İndi yeganə fərq odur ki, təhlükəsizlik əməkdaşları heç kəsə şəkil çəkməyə icazə vermirlər, əvvəl belə bir şey yox idi”, – jurnalist bildirib.

Qəzet yazır ki, Pekin hökuməti belə bir konspirasiya ortaya atıb ki, guya pandemiya heç Çindən başlamayıb. Çinin “Weibo” sosial media platformasında yayılan iddialara görə, koronovirus ilk dəfə noyabrda İtaliyada aşkarlanıb.

Mənbə: Virtualaz.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR