Çinli qız universitetə daxil olmaq üçün rüşvət verdi - 6,5 milyon dollar
Çindən olan zəngin bir cütlük qızlarının ABŞ-ın nüfuzlu Stenford Universitetinə daxil olması üçün 6,5 milyon dollar rüşvət verib.
Bu haqda “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Abituriyentin valideynləri sözügedən məbləği ali təhsil ocağına qəbul və konsaltinq xidmətləri həyata keçirən kommersiya təşkilatının hesabına keçirib.
Qızın prestijli təhsil ocağında qeydiyyata alınması üçün şirkətin təsisçisi Uilyam Sinqer sənədləri saxtalaşdıraraq, abituriyentin yelkənli qayıqsürmədə möhtəşəm nəticələrinin olduğunu göstərib.
Sinqer qəbul rəsmiləşdikdən sonra universitet yaxtsmentləri komandasının məşqçisinə yalanı ört-basdır etmək məqsədilə 500 min dollar verib.
Vasitəçilik edən şirkətə qarşı artıq cinayət işi açılıb. Faktla bağlı araşdırma gedir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət