Çinli istehsalçılara qadağa qoyulsa, 5G Avropaya 62 milyon dollar başa gələcək
“Reuters” agentliyinin Paris bürosu məlumat verir ki, hesablamalara əsasən, Çin firmalarından telekommunikasiya avadanlıqlarının alınmasına qoyulan qadağa yeni 5G şəbəkəsi quraşdıran Avropa ölkələri üçün 55 milyon avro (62 milyon dollar) başa gələrək layihənin fəaliyyətə başlama müddətini 18 ay ləngidəcək.
May ayında ABŞ hökumətinin “Huawei” telekommunikasiya şirkətinə qarşı çıxardığı qadağa qərarları bir sıra böyük şirkətlərin Çin firması ilə əlaqələri dayandırmağa gətirib çıxardı, hansı ki, Avropa ölkələrinə də analoji addımı atma təzyiqi edir.
Şirkət tərəfindən dəfələrlə təkzib edilsə də, rəsmi Vaşinqton iddia edir ki, Huawei şirkətinin texnologiyaları Pekin tərəfindən cəsusluq məqsədləri ilə istifadə edilə bilər.
ABŞ prezidenti Donald Tramp Adminstrasiyasının çıxardığı qadağa qərarı dünya ölkələrinin yeni nəsil mobil texnologiyaya, daha doğrusu, 5G şəbəkəsini işə salmağa hazırlaşdığı vaxta təsadüf etdi. Yeni texnologiya şəbəkə və avadanlıqların inşasına külli miqdarda yatırım tələb edir ki, bu da öz növbəsində ultrasürətli 5G mobil internet vədi verir.
Araşdırmalar 750 mobil operatoru əhatə edərək GSMA adlı lobbi telekommunikasiya təşkilatı tərəfindən aparılmışdır. GSMA təşkilatı həmçinin məhsulları Avropada geniş şəkildə istehlak və istifadə edilən Huawei şirkətinə qarşı qoyulan qadağadan da dolayı narahatlığını ifadə edib. Digər mənbələrin məlumatına görə isə “Huawei” bu lobbi təşkilatın əsas dəstəkçilərindəndir.
Bildirilir ki, 55 milyon avro qiymətləndirməsi Avropada 5G şəbəkəsinin quraşdırılması əsnasında, “Huawei” və digər Çin şirkəti ZTE məhsullarına tam qadağa qoyulduğu halda, tələb olunan ümumi xərclərə əsasən müəyyən edilib. Qeyd edək ki, bu iki Çin şirkəti Avropa İttifaqı ölkələri bazarında 40% -dən çox müştərək bazar payına sahibdir.
Hesabatda daha sonra bildirilir: “İsraf məbləğinin yarısı (əlavə xərclər) mobil təminat bazarı rəqabətində nəzərəçarpacaq qədər uducazaq Avropa provayderlərinə resursların əldə olunması üçün istifadə olunacaq”.
Sözügedən hesabatda əlavə olaraq vurğulanan “Mobil operatorlar yeni şəbəkə işə düşməzdən öncə 5G tənzimləmələri üçün mövcud infrastrukturu dəyişməldirlər” fikrinə isə çox keçmədən Finlandiya telekommunikasiya istehsalçısı Nokia-dan təkzib cavabı gəldi.
“Biz texniki həll təklif edirik, hansında ki, 5G avadanlıqlarımızı başqa 4G istehsalçısı üzərindən yeniləyə bilərik. Bu, xərcləri bir qədər azaldaraq diler dəyişikliyini də asanlaşdıra bilər”, - deyə Erik Manqan bildirib.
“Nokia” rəsmiləri onu da qeyd ediblər ki, artıq onlar 5G şəbəkə sifarişi sayına görə Huawei-i geridə qoyub və Çin istehsalçısının bazardakı gələcək taleyini müzakirə edən Avropa ölkələri Nokia-nın təklif etdiyi 5G texnologiyasında maraqlıdır.
Hesabata görə, qadağalar avtomatik idarəetməli avtomobillərdən tutmuş, səhiyyə və logistika kimi müxtəlif sahələri əhatə edəcək 5G texnologiyasının işə düşməsini 18 ay müddətinə yubada bilər:
“Bu qədər müddət yubanma 5G texnologiyasının işlənməsi üzrə Avropa ölkələri ilə ABŞ arasıdakı fərqi 2025-ci ilədək 15%-dən çox artıracaq”.
Bu gecikmə halları həm də digər böyük texnologiya istehsalçıları olan “Ericsson”, “Nokia”, “Samsung”un bazar tələbinin kəskin artması fonunda təminatda yaşaya biləcəkləri çətinliklər səbəbindən yarana bilər. Həmçinin mobil operatorların bir texniki avadanlıqlar paketindən digərinə keçmə zərurəti yaranan zaman da bu kimi gecikmələr yaşana bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət