Hərbçilərə müxtəlif maneələri dəf etmək öyrədilir
Ens.az xəbər verir ki, internetdə Çin Xalq Qurtuluş Ordusu sürücülərinin təlimlərindən bəhs edən videoda əsas manevrlərə əlavə olaraq avtomobil sürüşdürməsinin əsaslarını, arxaya sürərək getmə və sürətli paralel parklanma sənətinin öyrədirilməsi əks olunub. Bundan əlavə, hərbçilərə müxtəlif maneələri dəf etmək öyrədilir.
Hərbi sürücülərin təlimi xüsusi təlim poliqonunda aparılır. Üstəlik videoda göstərilən hissələr Tibetdə xidmət edirlər, yəni əvvəlcə onlara yüksək tələblər qoyulur. Sürməyi Dongfeng ordu yük maşınlarında və Beijing BJ2020 yolsuzluq avtomobillərində öyrədirlər.
Sürücülərə "polis dönüşü", arxaya sürərək paralel parklanma, hərəkət edərək saatda 60 kilometr sürətlə idarə olunan sürüşmə, S-şəkilli marşrut boyunca arxaya sürmə öyrədilir. Bundan əlavə, hündürlükdə asılmış bir topu ucu itilənmiş artmatur ilə vurmalıdırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət