Slimfit
  1. DÜNYA

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər - “Reuters”

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər - “Reuters”
Sakura

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər - “Reuters”

Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

Bu barədə “Reuters” öz mənbəyinə istinadən yazır.

Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

“Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini  bildirmişdi.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR