Slimfit
  1. TEXNOLOGİYA

Çinli alimlər havadan yanacaq hasil edən katalizator hazırlayıb.

Çinli alimlər havadan yanacaq hasil edən katalizator hazırlayıb.
Sakura

Çinli alimlər havadan yanacaq hasil edən katalizator hazırlayıb.

Publika.az xəbər verir ki, katalizatorun hazırlanmasında nanotexnologiyadan istifadə edilib.

200 ildən çoxdur ki, kömür, neft və qaz iqtisadiyyatın inkişafı üçün əsas mühərrik rolunu oynayır. Lakin bu yanacaq növləri atmosferi karbon qazı ilə zəhərləyir. Nəticədə atmosferdə tullantılar artması iqlim dəyişmələrinə səbəb olur.

Çinli alimlərin yeni üsulu yalnız atmosferi xilas etməyəcək, həm də faydalı yataqların qısa zamanda tükənməsinin də qarşısını alacaq.

Hazırlanan xüsusi qurğu karbon qazı və hidrogeni benzinin analoqu hesab edilən karbohidrogen qarışığına çevirir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da bu məqsədli katalizatorlar hazırlanmışdı. Lakin onun istifadə müddət çox az idi. Çin alimlərinin hazırladığı katalizator isə dəmir əsaslı nanotexnologiyalardan ibarətdir. Sənayedə istifadə müddəti 1000 saatı keçir.

Bundan başqa, texnologiya 96% karbon qazı benzinin analoquna, yalnız 4%-ni metana çevirir.

Qabaqcıl qurğu oksid və natrium tərkibli iki növ nanozərrəcikdən ibarətdir. Birinci hissəciklər CO2 birləşməsində elektronların əlaqələrini kəsərək hidrogenin vasitəsilə yenilərini yaradır. İkinci növ seolit adlı nanohissəciklər isə çirkli havanı benzinin analoquna çevirən uzun karbohidrogen zəncirinin yaranmasında iştirak edirlər.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR