Çinlə danışıqlar məhsuldar keçir - Tramp
ABŞ-la Çin arasında ticarət danışıqları məhsuldar keçir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Vaşinqton qlobal iqtisadiyyata ciddi zərbə vuran “ticarət müharibələri”nin yaratdığı gərginliklə bağlı müəyyən addımlar atmağa hazırlaşır.
ABŞ və Çinin iri şirkətlərinin üzləşdiyi problemlərin aradan qaldırılması məqsədilə Şanxayda iyulun 30-da başlayan ikitərəfli məsləhətləşmələrin 12-ci raundu bu gün başa çatır. Bu iclasda Birləşmiş Ştatları ticarət danışıqları üzrə xüsusi nümayəndə Robert Laythayzer və Maliyyə naziri Stiven Mnuçin, Çini isə Dövlət Şurası sədrinin müavini Lyu He təmsil edirlər. İki ölkənin iri şirkətlərinin və maliyyə qurumlarının rəhbərləri də nümayəndə heyətlərinin tərkibinə daxil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət