Dərc edildi: Baxış sayı: 806
Çinin xarici işlər naziri İrana səfər edəcək
Çin xarici işlər naziri Vanq Yi İrana səfər edəcək.
APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Çin XİN başçısı martın 26-27-də Tehranda səfərdə olacaq.
Vanq Yi İrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə İran və Çin arasında strateji tərəfdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət