Slimfit
  1. DÜNYA

Çinin baş naziri ABŞ-a çağırış edib

Çinin baş naziri ABŞ-a çağırış edib
Sakura

Çinin baş naziri ABŞ-a çağırış edib

“ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünyaya ziyan vuracaq”.

Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin Dövlət Şurasının sədri Li Kesyan bildirib.

O deyib ki, iki ölkə arasında son zamanlar münasibətlər yeni problem və çətinliklər yaradır.

Baş nazir qeyd edib ki, əməkdaşlıqdan həm Pekin, həm də Vaşinqton udur, münaqişədən isə hər iki tərəf itirir: “Ona görə də mövcud anlaşılmazlığın tənzimlənməsi vacibdir. Bir çox sahələrdə ABŞ və Çinin birgə səyinə ehtiyac var. İlk növbədə bu müxtəlif problemlərə qarşı birgə təsir etmək imkanlarıdır. Ölkələrimizin iqtisadiyyatı bir-biri ilə çox əlaqəlidir. Bununla belə sosial, mədəni və tarixi sistemdə fikir ayrılığı qaçılmazdır. Çin-ABŞ münasibətlərinin qaydasına düşməsi hər iki ölkə xalqlarının və dünyanın bütün sakinlərinin maraqlarına cavab verir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR