Slimfit
  1. MARAQLI

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?
Sakura

Çingizxan əsgərlərin paltar və qab yumasına niyə icazə vermirdi?

Monqol İmperiyasının məşhur hökmdarı və sərkərdəsi Çingizxan tələbkar adam sayılırmış.

O, orduda müəyyən qadağaların tərəfdarı kimi tarixdə qalıb. Məsələn, böyük sərkərdə əsgərlərə paltar və qab yumağa icazə vermirdi.

Bizimyol.info xəbər verir ki, “Durnalar və cırtdanlar” kitabının müəllifi Leonid Yuzefoviç belə iddia edir. Onun yazdığına görə, Çingizxan qadağalara əməl etməyənləri sərt cəzalandırırmış. Hətta ölümə məkhum edirmiş.

Andrey Qribovun “Çingizxanın Böyük Yasası” kitabında qadağalar, qaydalar haqda daha müfəssəl yazılıb. Hökmdar qanunlar toplusunu 1206-cı ildə hazırlatdırmışdı. Çingizxan bununla təhlükəsizlik və sakitliyi təmin etmək istəyini ortaya qoymuşdu.

Çingizxan düşünürdü ki, qadağalar çox olduqca imperiya daxilində həyat da daha təhlükəsiz xarakter alacaq. Qadağaların arasında yemək bişirilən odun üzərindən tullanmaq, kiçik təbii ehtiyacını su, kül olan yerdə etmək də vardı. Tarixçi Bertold Şpulerin yazdığına görə, axırıncı səhvə görə ölümlə cəzalandırılmaq mümkün idi. Şpuler paltar və qab yumağın da əsgərlər üçün çox təhlükəli olduğunu hesab edir.

Ümumiyyətlə, Monqol İmperiyasında suyun və odun təhqir olunması bağışlanmaz idi. İmperiyanın əhalisi möhkəm inanırdı ki, tanrılar belə günahları əfv etmir. Monqollar qab-qacağı çirkli saxlamaqdan da qorxurdu. Uşaqları doğuluşunun ilk 28 günündə cəmi 4 dəfə çimizdirirdilər.

Tarixçi Feliks Krivin yazır ki, monqol əsgərləri paltarlarını əyinlərində cırılana qədər dəyişmirdi. Qabları ya otla, ya da peyinlə silirdilər.

Monqollar şimşəkdən çox qorxurmuş. Şimşək çaxanda hesab edirlərmiş ki, kimsə paltar yuyub, bunun cəzasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR