Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Çingiz Mustafayev Fuad oğlu

Çingiz Mustafayev Fuad oğlu
Sakura

DOĞUM TARİXİ: 29/08/1960 VƏFAT TARİXİ: 15/06/1992

29 avqust 1960-cı ildə Həştərxan vilayəti Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində doğulmuşdur. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1977-ci ildə Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. O, 1983-cü ildə ali təhsilini başa vuraraq, təyinatla üç il Dəvəçi rayonunda həkim işləmişdir. Sonra isə Bakıya qayıtmış, işini burada davam etdirmişdir. O, ixtisasca həkim olsa da, jurnalistika sənətinə böyük həvəs göstərirdi. Bu, özünü 1990-cı ilin Yanvar hadisələrində daha aydın büruzə verdi. O, Sovet Ordusunun Bakıda törətdiyi qırğını bütün təfsilatı ilə lentə köçürmüşdü. 1991-ci ildən etibarən həyatını jurnalistika ilə bağladı. Ç.Mustafayev Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində işə düzəldi, “215 KL” studiyasının yaradıcılarından biri oldu. O, az müddətdə döyüş bölgələrindən hazırladığı operativ reportajları ilə geniş tamaşaçı auditoriyasını özünə cəlb etdi. Onun Xocalı faciəsi zamanı erməni quldurlarının vəhşiliklərini əks etdirən çəkilişləri bütün dünyanı sarsıtdı. Bununla da o, informasiya blokadasını yararaq, Azərbaycan həqiqətlərini planetimizin hər tərəfinə çatdırdı. Cəsur jurnalist hər gün ölümlə üz-üzə gəlirdi. 1992-ci il... İyunun 13-ü... O, Bakıdan son dəfə ayrılırdı....  İyunun 15-də  Naxçıvanik  kəndində ağır döyüş gedirdi. O, bu döyüşü lentə alarkən qəhrəmancasına həlak oldu.

Evli idi. Bir oğul övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. DİN-nin Şüvəlan qəsəbəsindəki istirahət guşəsi, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır.

Yaşadığı binanın önündə barelyefi vurulmuş, C.Naxçıvanski adına Hərbi Litseydə yaradılmış xatirə kompleksində büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR