Slimfit
  1. AZƏRBAYCAN

Çingiz Abdullayev: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır”

Çingiz Abdullayev: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır”
Sakura

Çingiz Abdullayev: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır”

Yazıçı Çingiz Abdullayev Bakının ekoloji vəziyyəti ilə əlaqədar həyəcan təbili çalıb və doğma şəhərin xilası üçün ictimaiyyətə çağırış edib. Virtualaz.org xəbər verir ki, özünün “Facebook” səhifəsində Ç.Abdullayev ələlxüsus ağacların kəsilməsinə görə cəza tədbirlərinin sərtləşdirilməsinin və plastik paketlərin qadağan edilməsinin vacibliyini qeyd edib.

“Heç olmasa bircə dəfə Bakıya təyyarə ilə yaxınlaşan istənilən şəxs paytaxt ətrafında yaşıl örtüyün olmamasına diqqət yetirir. Rəsmi məlumatlara görə, Bakıda yaşıllıqların ümumi sahəsi yeddi faiz təşkil edir. Halbuki, ümumdünya standartı iyirmi faizdir! İstəyirəm məni düzgün başa düşsünlər. Bu mənim sevdiyim və dünyada ən yaxşı meqapolis hesab etdiyim doğma şəhərimdir. Son illərdə Bakı, ümumiyyətlə, dəyişib və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bizi əhatə edən mühiti qorumağa başlasaq, o daha gözəl olacaq. Qanunvericilik şəklində ağacların kəsilməsi və park zonalarının zəbt edilməsi üçün amansız cərimələr tətbiq edilməlidir. Bu cür aksiyalar təşkil edən barbarlar cəzadan qaçmaq cəhdlərinə ümid bəsləməməlidirlər”, - Abdullayev yazır.

Yazıçı onu da qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri qanunvericiliklə plastik paketləri qadağan edir və bu məsələdə ekologiya nazirliyinin təkliflərini dəstəkləməyə çağırıb.

“Qonşu Gürcüstan oktyabrın birindən bu cür qadağanı tətbiq edib. Onu hətta bəzi Afrika ölkələri də tətbiq edib. Bu maarifləınmiş Avropada da var. On beş mikrondan az qalınlığı olan istənilən paketləri hazırlamaq, idxal etmək və satmaq olmaz! İndi bu cür qanunlar Afrikada da qəbul edilir. Düşünürəm ki, bizim Ekologiya nazirliyinin təkliflərini sadəcə dəstəkləmək yox, müvafiq qanunlar da qəbul etmək lazımdır. Əvvəlcə qoy plastik paketlər simvolik qiymətə də olsa, pulla satılsın və əhali tədricən onlardan imtina etməyə başlasın. Bu gələcək nəsillər üçün saxlanacaq problem deyil. Əks halda, uşaqlarımızın və nəvələrimizin gələcəyi təhlükə altında qalacaq. Bu cür paketlər bir neçə yüzillik ərzində parçalanır! Dünya okeanında artıq plastik butulkalardan və qida plastikindən ibarət adalar mövcuddur. Bu butulkaları emal etmək mümkündür (Azərbaycanda isə emal üzrə artıq iki zavod var), paketlər isə tullantıların arasında qalaraq, gec təsir edən bombalara çevrilirlər! Aydındır ki, sonradan emal edilməsi üçün tullantıların ayırd edilməsinin tətbiqinin vaxtı yetişib”, - o qeyd edib.

Çingiz Abdullayev Bakıda düşüncəsiz şəkildə texniki məqsədlər üçün istifadə edilən təmiz içməli su ilə bağlı daha bir təhlükəyə də toxunub.

“Bir vaxtlar Bakıya bu cür su kəmərlərinin çəkilişi böyük zəhmət bahasına başa gəlib. Təsəvvür etmək olar ki, Romanov prospekti (indiki 28 May küçəsi) müstəqilliyin qazanılmasından dərhal sonra Şollar su kəmərini tikmiş mühəndisin şərəfinə Vilyam Lindley küçəsi adlandırılmışdı. Bu günümüzün Bakısında içməli su ilə maşınları yuyur və heç düşünmədən onu ağılsızcasına israf edirlər. Söhbət şəhərdə quraşdırılmış su sayğaclarından da getmir. Mümkün olan hər yerdə içməli suyun texniki su ilə əvəzlənməsi üzrə kompleks tədbirlər lazımdır. İndi bunu niyə yazıram? Ümumiyyətlə, insanların başı şəxsi problemlərinə qarışdığı bir vaxtda ekoloji problemlərin qaldırılması nəyə lazımdır? Lakin əgər bu cür suallar Avropa İttifaqında qoyulursa, Afrika ölkələrində plastik paketlər qadağan edilirsə və zibilin emalı barədə düşünülürsə, bütün dünyada ətraf mühitin qorunması və mühafizəsi çağırışları səslənirsə, bu yalnız bir şey deməkdir. Problemi nəinki sabah yox o biri günə, heç sabaha da saxlamaq olmaz. Qonşu Gürcüstanda artıq anlayıblar. Bizdə Ekologiya nazirliyinin konkret layihələri peyda olub. Görünür, artıq elə bir an yetişib ki, özünü heç nə baş verməyibmiş kimi apara bilməzsən. Yoxsa sonra bu problemi daha böyük itkilərə məruz qalaraq uşaqlarımız həll edəcək. Vaxt qalmayıb!”– o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR