Slimfit
  1. İQTİSADİYYAT

Çindən Azərbaycana daha 1 mln. ədəd tut tingi gətirilib

Çindən Azərbaycana daha 1 mln. ədəd tut tingi gətirilib
Sakura

Çindən Azərbaycana daha 1 mln. ədəd tut tingi gətirilib

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ölkəyə Çindən daha 1 mln. ədəd tut tingi (çəkil) gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, çinli mütəxəssislərin müşayiəti ilə ölkəmizə gətirilən tut tingləri 36 rayona göndərilib.

Nazir müavini İlham Quliyev bildirib ki, gətirilən tut tingləri rayonlardan verilən sifarişlər əsasında bölüşdürülür. Rayonlarda əvvəlcədən müəyyənləşmiş ərazilərdə tut tingləri Çin texnologiyası əsasında əkiləcək. Əkin prosesini Çindən gəlmiş mütəxəssis müşahidə edəcək. Nazir müavini indiyə kimi ölkəyə 3,5 mln. çəkil tinginin gətirildiyini deyib.

Bu il ölkədə 514 ton yaş barama istehsal olunduğunu xatırladan İ. Quliyev bildirib ki, yeni tinglərin gətirilməsi gələn il daha çox məhsul əldə etməyə imkan verəcək. Çin ilə aparılan danışıqlara əsasən bu il ölkəyə 20 min qutu ipəkqurdu gətirilməsi nəzərdə tutulur. Gətirilən tut tingləri və ipəkqurdu kümçülərə əvəzsiz olaraq veriləcək.

Nazir müavini qeyd edib ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Qeyd edək ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR