Çindən ABŞ-a cavab zərbəsi: “Çendudakı Baş Konsulluq bağlansın”
Çin ABŞ-ın Siçuan əyalətinin Çendu şəhərindəki Baş Konsulluğundan əməliyyatların dayandırılmasını istəyib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Çin Xarici İşlər Nazirliyinə istinadən yayıb.
24 iyul səhəri Pekin ABŞ səfirliyinə Çinin “Çenduda ABŞ Baş Konsulluğunun qurulması və fəaliyyət göstərməsi üçün lisenziyanı ləğv etmək” qərarı verdiyini və bütün fəaliyyətlərin dayandırılması üçün konsulluğa “konkret tələblər” qoyduğunu bildirib.
Bundan əvvəl ABŞ Çindən Texasdakı Baş Konsulluğun bağlanmasını tələb etmişdi. Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, Vaşinqton Hyustondakı Çin diplomatik nümayəndəliyini amerikalıların əqli mülkiyyətini və şəxsi məlumatlarını qorumaq üçün bağlayıb.
Çin Xarici İşlər Nazirliyi bu qərarı siyasi təxribat adlandırıb və qisas tədbirləri görəcəyini bildirib.
Çərşənbə günü jurnalistlərin ABŞ hakimiyyətinin Çindəki digər diplomatik nümayəndəlikləri bağlayacağını barədə sualına Prezident Tramp bunun hər zaman mümkün olduğunu söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət