Slimfit
  1. DÜNYA

Çindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb

Çindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb
Sakura

Çinin Yunnan və Quycou vilayətlərini birləşdirən avtomagistral üzərindəki “Beypancian” körpüsü Ginnesin…

Çinin Yunnan və Quycou vilayətlərini birləşdirən avtomagistral üzərindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb.

AZƏRTAC xəbər verir ki, Ginnesin Rekordlar Kitabı Beypan çayının səthindən 565,4 metr yüksəklikdə yerləşən körpünü dünyanın ən hündür körpüsü olaraq tanıyıb. Uzunluğu 1341 metr olan körpü Çinin Xancou şəhərindən Myanma ilə sərhədə qədər uzanan 2935 kilometrlik avtomagistralın üzərində yerləşir. 2013-2016-cı illərdə inşa olunan körpü bölgənin iqtisadi-sosial inkişafına da müsbət təsir göstərir. Belə ki, körpü sayəsində ətrafdakı dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinə yüklərin daşınmasında mövcud olan çətinliklər aradan qaldırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR