Dərc edildi: Baxış sayı: 255
Çində zəlzələ olub, Almatı da silkələnib
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Qazaxıstanın Almatı şəhərində güclü yeraltı təkanlar hiss edilib.
Zəlzələ barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, təbii fəlakətin episentri Çin ərazisində olub. Eyni zamanda yeraltı təkanların gücü 6,1 bal təşkil edib.
“2024-cü il fevralın 24-də Almatı vaxtı ilə saat 04:58-də (Bakı vaxtı ilə 02:58-red.) zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 276 km cənub-şərqdə, beş kilometr dərinlikdə yerləşib”, - məlumatda deyilir.
Mənbə: Gazeta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət